Almaniyanın maliyyə naziri Lars Klinqbayl Rusiyanın maliyyə naziri Anton Siluanovun G20 görüşündə iştirakından narazılığını bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Klinqbayl deyib ki, Rusiyanın maliyyə naziri G20-də adi qonaq kimi qəbul edilməməlidir. Onun sözlərinə görə, Rusiya artıq beş ildir Ukraynaya qarşı beynəlxalq hüquqa zidd müharibə aparır və belə vəziyyətdə Moskva ilə münasibətlər normallaşdırılmamalıdır.
Alman nazir bildirib ki, Siluanov artıq zalda olduğu üçün siyasi mövqeyini ona çatdırmaq imkanından istifadə edib.
“Mən burada vəziyyətin hər hansı normallaşmasını və ya gərginliyin azalmasını qətiyyən görmürəm”, – deyə Klinqbayl vurğulayıb.