Modern.az

Türkiyə Azərbaycan-Ermənistan sülhünə töhfə verməyə davam edəcək - Ərdoğan

Türkiyə Azərbaycan-Ermənistan sülhünə töhfə verməyə davam edəcək - Ərdoğan

Dünya

1 Sentyabr 2026, 13:05

Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına bundan sonra da dəstək verəcək.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına bundan sonra da töhfə verəcəyik. Əldə olunan sülh regionumuz üçün həyatverici qüvvə mənbəyinə çevriləcək”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidentinin sözlərini onun Administrasiyası yayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC