Modern.az

İspaniya dünya çempionu oldu - YENİLƏNİB 5

İspaniya dünya çempionu oldu - YENİLƏNİB 5

İdman

Bu gün, 02:02

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub.

Modern.az xəbər verir ki, mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əsas vaxtında qapılara hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə Arəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.

Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.

***

01:46

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda ilk qol vurulub.

Modern.az xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmanın 106-cı dəqiqəsində Avropa təmsilçisi hesabı açıb.

İspanların heyətində Ferran Torres dəqiq zərbə ilə komandasını hesabda önə keçirib - 1:0.

Qeyd edək ki, matçda əlavə vaxt oynanılır.

***

01:20

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda əsas vaxtda qalib müəyyənləməyib.

Modern.az xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmada əlavə vaxt oynanılır.

Xatırladaq ki, Argentinada Enzo Fernandez 90+3-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

****

00:22

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.

Modern.az xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb - 0:0.

***

19.07.2026

23:58

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda birinci hissə başa çatıb.

Modern.az xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmanın ilk yarısında hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar - 0:0.

Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

***

23:07

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında final oyunu başlayıb.

Modern.az xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR