"Mançester Yunayted" İngiltərə Premyer Liqasında qələbəsiz oyun sayına görə antirekord müəyyənləşdirib.
Modern.az xəbər verir ki, Mançester təmsilçisi İngiltərə çempionatının XII turunda "Brentford"a 0:4 hesabı ilə böyükhesablı məğlubiyyətə uğrayıb.
Bununla da "Mançester Yunayted"in Premyer Liqada qələbəsiz oyunlar seriyası 10-a çatıb. Komanda bu müddətdə beş heç-heçə edib və beş dəfə məğlub olub. Bu göstərici klubun turnir tarixində antirekord olub.
Artıq 12 turdan sonra 8 xal toplayan "Mançester Yunayted" turnir cədvəlində 19-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, 1992-ci ildə İngiltərə Premyer Liqası təsis ediləndən bəri klub 13 dəfə ölkə çempionu olub.