Modern.az

Dünyanın ən çox qazanan futbolçuları: Ronaldo hamını qabaqladı - SİYAHI

Dünyanın ən çox qazanan futbolçuları: Ronaldo hamını qabaqladı - SİYAHI

İdman

Bu gün, 13:04

“Forbes” jurnalı dünyanın ən çox qazanan 10 futbolçusunun siyahısını açıqlayıb. Reytinqə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı portuqaliyalı ulduz Kriştiano Ronaldo başçılıq edir.

Modern.az xəbər verir ki, Ronaldonun cari mövsümdə ümumi gəlirinin 300 milyon dollar olacağı gözlənilir.

Dünyanın ən çox qazanan futbolçularının ilk onluğu belədir:

Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 300 milyon dollar (250 milyon dollar klubdan, 50 milyon dollar digər fəaliyyətlərdən).

Lionel Messi (“İnter Mayami”) – 145 milyon dollar (70 milyon dollar klubdan, 75 milyon dollar digər gəlirlərdən).

Kilian Mbappe (“Real Madrid”) – 100 milyon dollar (70 milyon dollar klubdan, 30 milyon dollar digər gəlirlərdən).

Erling Holand (“Mançester Siti”) – 85 milyon dollar (60 milyon dollar klubdan, 25 milyon dollar digər gəlirlərdən).

Vinisius Junior (“Real Madrid”) – 76 milyon dollar (48 milyon dollar klubdan, 28 milyon dollar digər gəlirlərdən).

Lamin Yamal (“Barselona”) – 55 milyon dollar (35 milyon dollar klubdan, 20 milyon dollar digər gəlirlərdən).

Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar (50 milyon dollar klubdan, 4 milyon dollar digər gəlirlərdən).

Cud Bellingem (“Real Madrid”) – 45 milyon dollar (29 milyon dollar klubdan, 16 milyon dollar digər gəlirlərdən).

Harri Keyn (“Bavariya”) – 42 milyon dollar (29 milyon dollar klubdan, 13 milyon dollar digər gəlirlərdən).

Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar (20 milyon dollar klubdan, 20 milyon dollar digər gəlirlərdən).

Beləliklə, Ronaldo ikinci pillədəki Messini gəlir baxımından iki dəfədən çox üstələyir. Portuqaliyalı futbolçunun ümumi gəliri argentinalı ulduzun qazancından 155 milyon dollar çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?