Modern.az

ARB tanınmış müğənniyə qadağa qoyub

ARB tanınmış müğənniyə qadağa qoyub

Mədəniyyət

Bu gün, 22:14

Tanınmış müğənni Nuran ARB TV-nin ona efir qadağası qoyması barədə məlumat paylaşıb.

Modern.az xəbər verir ki, bu barədə müğənni özü açıqlama yayıb.

“Əziz dostlar, sənət fəaliyyətimə başladığım ilk gündən nə həmkarlarıma, nə dinləyicimə, nə də media nümayəndələrinə qarşı hörmətsizlik etmişəm. Həmişə keyfiyyətli işlərə fokuslanıb, musiqi və göz zövqünü korlamayan layihələrlə tamaşaçı qarşısına çıxmışam. Çox təəssüf ki, hər zaman dəvətlərinə və müsahibə təkliflərinə canla-başla razılıq verdiyim telekanallardan biri mənə qadağa qoyub. Özləri bunu təkzib etsələr də, son bir il ərzində vaxt ayırıb danışdığım heç bir müsahibə efirə verilməyib. Başa düşə bilmirəm, belə bir qadağa varsa, əməkdaşlarınıza da bildirin ki, hansısa tədbirdə üz-üzə gələndə mikrofon uzatmasınlar. Yoxdursa, sözügedən materiallar niyə yayımlanmayıb? Hər bir halda haqsız yerə verilən bu qərarı gözdən keçirəcəklərini ümid edirəm. Peşəkar sənət üçün çalışmağın kifayət qədər çətin olduğu bir məqamda televiziyadan gördüyüm bu ögey münasibətin dəyişəcəyinə inanıram”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada