Türkiyənin məşhur aktyoru Ozan Akbaba ABŞ-nin Nyu-York şəhərində keçirilən 54-cü Beynəlxalq “Emmy” mükafatlandırma mərasimində geyim tərzi ilə diqqət çəkib.
Modern.az Türkiyənin “Onedio” nəşrinə istinadən xəbər verir ki, aktyor “Uzak Şehir” serialındakı tərəf-müqabili Sinem Ünsalla birlikdə qırmızı xalçaya çıxıb.
Onların mərasimdən yayılan görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, “Uzak Şehir” serialı “Ən yaxşı telenovela” nominasiyasında mükafata namizəd olub. Sözügedən nominasiyada Türkiyənin digər ekran əsəri – “Leyla: Hayat… Aşk… Adalet…” qalib gəlib.