Modern.az

TÜRKSOY-un Baş katibi Şuşa ilə Ağdamı fərqləndirdi

TÜRKSOY-un Baş katibi Şuşa ilə Ağdamı fərqləndirdi

Mədəniyyət

Bu gün, 14:54

Bu gün Şuşada və Ağdamda ortaq tariximizə, ortaq dilimizə, ortaq mədəniyyətimizə və ortaq gələcəyimizə olan inamımızı bir daha möhkəmləndiririk. 

Modern.az xəbər verir ki, bunu Türksoyun baş katibi Sultan Raev Vaqif Poeziya Günləri çərçivəsində “Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalında deyib.

Onun sözlərinə görə, dövlətləri sərhədlər ayırsa da, onları mədəniyyət, incəsənət və poeziya mənəvi cəhətdən birləşdirir:

“Türk dünyasının ortaq yaddaşını yaşadan ən güclü dəyərlərdən biri ədəbiyyatdır. Bu böyük ədəbi ənənə bizi ortaq bir sivilizasiya çətiri altında bir araya gətirir. TÜRKSOY olaraq ortaq mədəni irsimizi gələcək nəsillərə çatdırmağı ən mühüm vəzifələrimizdən biri hesab edirik”.

Sultan Raev festival çərçivəsində yaranacaq əsərlərin kitab halında nəşr olunmasının da xüsusi əhəmiyyət daşıdığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə