Modern.az

"Manşet.az" 5 yaşını qeyd edir

"Manşet.az" 5 yaşını qeyd edir

Media

10 İyun 2026, 09:34

"Manşet.az" xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür.

Modern.az xəbər verir ki, sayt ölkədə və dünyada baş verən ictimai-siyasi prosesləri, aktual hadisələri operativ şəkildə oxuculara çatdırır. Portalda siyasət, iqtisadiyyat, cəmiyyət, mədəniyyət və idman mövzularını əhatə edən bölmələr fəaliyyət göstərir.

Gündəmin nəbzini tutan xəbərləri, özəl açıqlamaları və maraqlı müsahibələri ilə seçilən "Manşet.az" təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də izlənilir.

Qeyd edək ki, "Manşet.az" xəbər portalının təsisçiləri jurnalistlər Famil Fərhadoğlu və Əli Vəliyevdir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr