Modern.az

Korrupsiyaya görə 49 nəfər tutuldu

 Korrupsiyaya görə 49 nəfər tutuldu

Dünya

15 Aprel 2016, 21:07

 

Serbiya polisi korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinən 49 nəfəri saxlayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında məmurlar və dövlət müəssisələrinin, o cümlədən Maliyyə Nazirliyinin, vergi, poçt və polis xidmətinin nümayəndələri də var.

Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç deyib ki, daha iki şübhəli azadlıqdadır. 2007-ci ildən korrupsiyaçıların fəaliyyəti ölkənin büdcəsinə 7,6 milyon avroya qədər ziyan vurub.  

Bu, 2016-cı ildə ikinci böyük həbs dalğasıdır. Mart ayında polis bu iş üzrə 46 nəfəri saxlayıb.

Həbslər Serbiyanın korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üçün aparılıb.

Bu, ölkənin Avropa İttifaqına üzvlüyü üçün irəli sürülən şərtlərdən biridir.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır