Modern.az

İŞİD-in xəzinədarı məhv edildi

İŞİD-in xəzinədarı məhv edildi

Dünya

30 Aprel 2016, 23:27

Əfqanıstanda İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının maliyyələşməsinə və yaraqlıların silahla təminatına cavabdeh olan liderlərindən biri məhv edilib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Əfqanıstanın Müdafiə Nazirliyindən verilən xəbərə görə, ölkənin hərbi hava qüvvələri Nanqarhar əyalətinin şəqrindəki Açin rayonuna zərbələr endirib.

Hərbçilər bildiriblər ki, hava zərbələri zamanı İŞİD-in Rafi ad-Din adlı terrorçu xəzinədarı ölüb.  Əfqanıstanın hərbi hava qüvvələrinin əyalətin digər rayonlarını bombalaması nəticəsində terrorçuların təyin etdiyi şəritə məhkəməsinin hakimi də daxil olmaqla daha 10 yaraqlı məhv edilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır