Modern.az

Saakaşvili-Avakov qarşıdurması yenidən ALOVLANDI: “O, tör-töküntüdür”

Saakaşvili-Avakov qarşıdurması yenidən ALOVLANDI: “O, tör-töküntüdür”

28 Aprel 2016, 14:58

 

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna daxili işlər naziri Arsen Avakovu tənqid atəşinə tutub.  

Modern.az xəbər verir ki, Mixail Saakaşvili öz facebook səhifəsində erməni mənşəli Avakovu sabiq hökumət rəhbəri Arseni Yatsenyukun “tör-töküntü”sü adlanırıb.  

“Çoxsaylı korrupsiya və yalanda ifşa olunan və Yatsenyukun tör-töküntsü olan daxili işlər naziri milli təhlükəsizlik mövzusu ilə oynamaqda davam edir. O yalan danışmaqla məşğuldur”.  

Arsen Avakov və Mixail Saakaşvili arasında qalmaqal ilk dəfə ötən il dekabrın 14-də prezident Pyotr Poroşenkonun iştirak etdiyi iclasda baş vermişdi.  

O zaman Avakov hətta keçmiş Gürcüstan prezidentinin üstünə su dolu stəkan tullamışdı.  

Vüqar İsmayılov      

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir