Modern.az

Azərbaycanlılar və dağıstanlılar arasında kütləvi dava

 Azərbaycanlılar və dağıstanlılar arasında kütləvi dava

Dünya

28 Aprel 2016, 20:01

 

Sankt-Peterburqda dağıstanlılar və azərbaycanlılar arasında kütləvi dava düşüb. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, dava zamanı odlu silahdan istifadə olunub. Leninqrad vilayəti üzrə Rusiya Daxili işlər nazirliyinin şəhər idarəsindən verilən məlumata görə, insident aprelin 28 saat 16:00-da qeydə alınıb. Sankt-Peterburqun "Vasilyevski ostrov" adlanan ərazisində Dağıstandan və Azərbaycandan olan şəxslər odlu silahlardan atəş açıblar. Hadisə zamanı iki nəfər saxlanılıb.  

Qarşıdurmanın hansı səbəbdən baş verdiyi hələlik naməlumdur. Hazırda polislər insidentin səbəbini araşdırırlar.

İlkin məlumata görə, heç kim xəsarət almayıb.  

Hadisənin fotoları "VKontakte" sosial şəbəkəsində yayılıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır