Modern.az

Bəşər Əsəd qoşunları İŞİD paytaxtına doğru İRƏLİLƏYİR

Bəşər Əsəd qoşunları İŞİD paytaxtına doğru İRƏLİLƏYİR

Dünya

29 Aprel 2016, 12:05

Suriyanın hökumət qoşunları Rusiya Hərbi Kosmik Qüvvələrinin hava dəstəyi ilə İŞİD-in paytaxtı olan Əl-Rakka şəhərinə hücuma hazırlaşır.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Aleksey Borodavkin deyib.

Onun sözlərinə görə, fevralın 28-dən ölkədə qüvvəyə minən atəşkəs rejimi İŞİD və Əl-Nüsrə Cəbhəsinə şamil edilmədiyi üçün Əsəd qüvvələri hücum əməliyyatlarını davam etdirəcəklər.

“BMT Təhlükəsizlik Şurasının qətnaməsi İŞİD və Əl-Nüsrə Cəbhəsinə şamil edilmir. Hətta, həmin qruplaşmaların məhv olunması məqsədə uyğun sayılır. Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Əl-Rakka və Deyr-Əz-Zor şəhərlərinə hücuma hazırlaşır”.

Suriya hökumət qoşunları 2014-cü ilin avqusutundan bəri ilk dəfə Əl Rakka vilayətinin ərazisinə daxil olublar.    


Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır