Modern.az

İrəvan və Qarabağla bağlı resurslar 3 min gəncə tanıdılıb

İrəvan və Qarabağla bağlı resurslar 3 min gəncə tanıdılıb

Aktual

14 İyun 2016, 23:39

Respblikamızda gənclərin tarixi torpaqlarımızla bağlı bilgiləndirilməsi istiqamətində növbəti addım atılıb. “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasından Modern.az saytına verilən məlumata görə, bununla bağlı Ağdaş, Goranboy və Samux rayonunda tədbir keçirilib. “İrəvan  - bizimqala. 3-cü mərhələ” layihəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənib.

Təşkilatın sədri Nurəddin Mehdiyevin sözlərinə görə, tədbirlər gənclər tərəfindən maraqla qarşılanıb: “Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir. Bəzən müxtəlif beynəlxalq tədbirlərdə gənclərin iştirakı zamanı məlumatsızlıq özünü pis tərəfdən göstərir. Ona görə də biz dədə - baba torpaqlarımızın tarixini gənclərimiz arasında təbliğ etmək qərarına gəldik. Layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan – İrəvan haqqında məlumatlılığının artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsil tərəfindən töhfə verilməsi, tarixi həqiqətlərin İnternet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair vizual görüntülər nümayiş etdirilib. Onlara Qərbi Azərbaycan tarixi haqqında, erməni yalanlarına qarşı sosial şəbəkələrdə fəaliyyət haqqında məlumat verilib. İrəvan və Qarabağ haqqında tanınmış resurslar gənclərə tanıdılıb”.

Qeyd edək ki, seminarlar tarixçi, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin sədr müavini Səbuhi Hüseynov tərəfindən aparılıb. Layihə iştirakçıları tarixi faktların öz əksini tapdığı bukletlər, yazılı köynəklər və digər paylama materialları ilə təmin olunub. Onlara İrəvan tarixi ilə bağlı nəşr – poliqrafiya məh­sulları iştirakçılara paylanılıb. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır