Modern.az

Naxçıvanda 10 məhkum amnistiyaya düşdü

Naxçıvanda 10 məhkum amnistiyaya düşdü

Aktual

18 İyun 2016, 10:52

Naxçıvanda qüvvəyə minmiş amnistiya aktının icrasına başlanılıb.

Modern.az-ın xəbərinə görə, 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində tədbir keçirilib.

Amnistiya aktı ilə bağlı keçirilən tədbirdə Penitensiar Xidmətin şöbə rəisi Əli Səfərov deyib ki, 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 20 may 2016-cı il tarixli qərarına əsasən, Naxçıvan MR-də 9 məhkum cəzadan vaxtından əvvəl azad olunub, 1 məhkumun isə cəzası yüngülləşdirilib.

Tədbirdə azad olunanlara sənədləri təqdim edilərək onlara uğurlar arzulanıb.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır