Modern.az

“Formula-1”də ilk qaliblər mükafatlandırıldı - FOTO

“Formula-1”də ilk qaliblər mükafatlandırıldı - FOTO

Aktual

18 İyun 2016, 13:49

“Formula-1” üzrə Bakıda GP2 seriyası üzrə birinci yarış yekunlaşıb.

Modern.az-ın xəbərinə görə, 29 dövrəni ən tez başa vuran "Prema Racing"in pilotu Antonio Covinatso kuboka sahib çıxıb.

Mükafatı təqdim edənlər arasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da olublar.

Qaliblərin ardıcıllığı bu cürdür:

 

1. Antonio Covinatsi - "Prema Racing"

2. Sergey Sirotkin - ART

3. Rafael Marçello - "Russian Time"

4. Olivye Rulend - "MP Motorsport"

5. Mitç Evans - "Pertamina Campos Racing"

 

Xatırladaq ki, bu yarış zamanı 6 pilotun iştirakı ilə qəza baş verib. Nəticədə onlar yarışdan kənarlaşdırılıb. 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır