Modern.az

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Aktual

19 İyun 2016, 22:26

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, Ekologiya postunun yaxınlığında, "Rahat" marketin qarşısında “Vaz 21 011” markalı 10 FL 238 dövlət nömrə nişanlı maşın aşıb. Hadisə nəticəsində bir nəfər ölüb. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb. Hadisənin hansı səbəbdən baş verdiyi və dünyasını dəyişən şəxsin kimliyi hələ bilinmir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir