Modern.az

Tovuzdakı dəhşətlin qətlin TƏFƏRRÜATI - Bacını qardaşı öldürübmüş...

Tovuzdakı dəhşətlin qətlin TƏFƏRRÜATI - Bacını qardaşı öldürübmüş...

Aktual

23 İyun 2016, 11:11

Tovuzda törədilmiş qətlin üstü açılıb. Modern.az xəbər verir ki, Kəpəz TV-nin məlumatına görə, iyunun 19-da Əsrik çayının Tovuzun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan 17 yaşlı  Günay Gülməmmədova qardaşı tərəfindən qətlə yetirilibmiş.

Aşağı Quşçu kənd sakini 22 yaşlı Ruslan Gülməmmədov bacısını bıçaqla boğazını kəsərək öldürüb, çayın üzərindəki körpünün altına atıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Ruslan Gülməmmədov saxlanılıb.

Aşağı Quşçu Bələdiyyəsinin sədri Tofiq Hüseynov da faktı təsdiqləyib.

17 yaşlı qız orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Anası bir müddət əvvəl vəfat edib, taksi sürücüsü olan atası isə başqa qadınla ailə qurub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır