Modern.az

3 məsələ parlamentin gündəliyindən çıxarıldı

3 məsələ parlamentin gündəliyindən çıxarıldı

24 İyun 2016, 12:15

 

Milli Məclis növbədənkənar sesiyasında müzakirə olunacaq 9 məsələnin 3-ü gündəlikdən çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.

 

Onun sözlərinə görə, gündəlikdən çıxarılan son 3 məsələ bunlardır: “Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi,  "İcra haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Mülki Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi.

 

Plenar iclasda Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişikliklər ediləcək.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir