Modern.az

"Qarabağ" - "F91 Düdelanj" oyununun biletləri satışda

"Qarabağ" - "F91 Düdelanj" oyununun biletləri satışda

Aktual

4 İyul 2016, 21:43

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "F91 Düdelanj" (Lüksemburq) qarşılaşmasının biletləri satışa çıxarılır. Modern.az "Qarabağ" futbol klubunun saytına istinadən məlumat verir ki, azarkeşlər iyulun 7-si saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "F91 Düdelnaj" matçı iyulun 12-si saat 21:00-da start götürəcək.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-13 və 16-18 nömrəli sektorlar - 5AZN

VİP (14-15 sektorlar) - 30 AZN

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı