Modern.az

Bakıdakı Türkiyə generalı geri çağrıldı

Bakıdakı Türkiyə generalı geri çağrıldı

Aktual

6 Avqust 2016, 00:13

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, general İhsan Başbozkurtun səlahiyyət müddəti başa çatıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, general iyulun 29-da keçirilmiş Ali Hərbi Şuranın qərarı ilə dördillik səlahiyyət müddətini yerinə yetirdiyi üçün təqaüdə göndərilib.

 

İhsan Başbozkurtun yaxın günlərdə Türkiyəyə dönəcəyi bildirilir.  Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin yeni hərbi attaşesi təyin olunsa da, hələlik onun adı açıqlamır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır