Modern.az

Azərbaycanlı Qırğızstan Xalqı Assambleyasının sədrinin müavini seçilib

Azərbaycanlı Qırğızstan Xalqı Assambleyasının sədrinin müavini seçilib

11 Avqust 2016, 09:38

1994-cü ilin yanvar ayının 21-də yaranan Assambleya bu gün Qırğız Respublikasında ən böyük nüfuza sahib olan təşkilatlardan biridir və ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayır.  


Bu barədə Modern.az-a Azərbaycanın Qırğızıstandakı səfirliyindən məlumat verilib.

Bişkekdə Qırğızstan Xalqı Assambleyasının Şurasının iclası keçirilib. Şura 65 nəfərdən ibarətdir. Şuraya üzv olan Qırğız Respublikasının Prezident Aparatının, Hökumətinin nümayəndələrinin, ictimai xadimlərin iştirakı ilə keçən iclasda üzvlərdən 6 nəfərinin Qırğızstan Xalqı Assambleyasının sədrinin müavini seçilməsi ilə bağlı səsvermə keçirilib.


Səsvermənin nəticələrinə əsasən sədrin 6 müavinindən biri də Qırğızstan Xalqı Assambleyasına daxil olan yeganə Azərbaycanlı legitim diaspor təşkilatı “Azəri” İctimai Birliyinin sədri, Qırğız Respublikasının əməkdar hüquqşünası Əliyev Əzizağa Ağababa oğlu seçilib.


Həmçinin, Əzizağa Əliyev bu ilin iyun ayının 3-4-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak etmiş və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdi.


Qeyd olunmalıdır ki, Qırğız Respublikası çoxmillətli dövlət olduğu üçün Qırğızstan Xalqı Assambleyasına 80-dən çox xalqların nümayəndələri, 28 ictimai birlik daxildir və bu da 6 milyonluq Qırğızstan əhalisinin 27,4% deməkdir.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır