Modern.az

Rəsul Çunayev yarımfinalda uduzdu - YENİLƏNİB

Rəsul Çunayev yarımfinalda uduzdu - YENİLƏNİB

Aktual

16 Avqust 2016, 19:22

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev yarımfinal görüşünə çıxıb. 

 

Modern.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançının rəqibi ermənistanlı Miqran Arutyunyan olub.

 

Görüşün ilk hissəsində Arutyunyan tətbiq etdiyi 4 xallıq fəndlə hesabda irəli çıxıb. Fasilədən sonra Çunayev rəqibindən 1 xal alsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib.

 

Beləliklə, Azərbaycan təmsilçisi bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq.

 

 ***

 

Azərbaycan güləşçisi Rəsul Çunayev Rio-2016-da artıq yarımfinala yüksəlib. İdmançımız rəqibi Əlcəzair idmançısı Əziz Tarik Benaysa üzərində 10:2 hesabı ilə vaxtından əvvəl qələbə qazanıb.

 

Bundan əvvəl, Çunayev rusiyalı idmançı İslambəy Əlibəyovu 3:2 hesabı ilə məğlub etmişdi.

 

Modern.az-ın xəbərinə görə,R.Çunayev 1/16 final mərhələsində kubalı Migel Martines Palasio ilə qarşılaşıb.

Gərgin mübarizədə təmsilçimiz sonunda 4:2 hesabı ilə qalib gəlib. Rəsul Rio-2016 olimpiya oyunlarında Azərbaycanın qızıl medala namizədlərindən hesab olunur.

 ***

Rəsul Çunayev növbəti qələbə qazanıb. Təmsilçimiz səkkizdəbir final mərhələsində rusiyalı rəqibi Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyevi məğlub edib. 3:2 hesablı qəzləbə qazanan Rəsul Çunayev dörddə bir finala yüksəlib.


Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir