Modern.az

Gəncə sakini ehtiyatsızlıqdan özünü yandırıb  

Gəncə sakini ehtiyatsızlıqdan özünü yandırıb   

Aktual

16 Avqust 2016, 20:48

Gəncə şəhər sakininin ehtiyatsızlıqdan özünü yandırdığı məlum olub. Modern.az saytı  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.Gəncə şəhər prokurorunun böyük köməkçisi Anar Haqverdiyev şəhər sakini Mehriban Alıyevanın özünü yandırması barədə məlumata aydınlıq gətirib. Anar Haqverdiyev bildirib ki, şəhər sakini Mehriban Alıyeva yaşadığı evin həyətyanı sahəsində qaz sobasında yemək bişirən zaman təbii qazla ehtiyatsız davranıb. Nəticədə üzərində olan paltar yanıb.

M. Alıyeva dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda onun səhhəti normaldır.

A.Haqverdiyev göstərilənlərin M. Alıyevanın qardaşı Tapdıq Alıyev və gəlini Ülviyyə Namazova tərəfindən də təsdiq edildiyini deyib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır