Modern.az

Mina partlayışında 6 türk əsgəri həlak oldu - YENİLƏNİB

Mina partlayışında 6 türk əsgəri həlak oldu - YENİLƏNİB

Aktual

18 Avqust 2016, 16:23

Türkiyənin Bitlis vilayətində zirehli maşının keçidi sırasında baş verən partlayış zamanı 6 türk əsgəri həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.

 

***

Türkiyənin Bitlis vilayətinin Qayda kəndi yaxınlığında PKK-lı terroristlər Türkiyə ordusuna hücum edib. Modern.az Türkiyə KİV-nə isitnadən xəbər verir ki, terroristlərin yola döşədikləri kustar üsulla düzəldilmiş partlayıcı hərbi maşının keçdiyi vaxt partlayıb.

Hadisə Türkiyə vaxtı ilə 13:00 da meydana gəlib.  İlkin məlumata görə, hadisə nəticəsində 3 əsgər ölüb, 6 əsgər yaralanıb.

 

Faktla bağlı araşdırmalar başlanılıb.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır