Modern.az

Mazutlu sahədə yanğın evlərə keçib

Mazutlu sahədə yanğın evlərə keçib

Aktual

18 Avqust 2016, 21:17

Sabunçu rayonunda yol kənarında mazutlu sahədə yanğın baş verib. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda yol kənarında 350 m² sahədə mazutlu sahə, vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan 1 mərtəbəli 3 otaqlı evin 1 otağının mətbəxinin yanar konstruksiyaları 35 m², digər vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan 1 mərtəbəli 3 otaqlı evin dam örtüyü və tavanı 3 m² sahədə yanıb.

 

Yanğından evlərin qalan hissələri mühafizə olunub.

 

Yanğın saat 15:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı