Modern.az

Saakaşvili Gürcüstana gələn kimi tutulacaq

Saakaşvili Gürcüstana gələn kimi tutulacaq

Aktual

26 Sentyabr 2016, 14:40

Gürcüstanın daxili işlər naziri Qeorqi Mqebrişvili Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ölkənin sərhədini keçən kimi həbs olunacağını bəyan edib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, nazir Gürcüstanın keçmiş prezidentinin törətdiyi cinayətlərə görə axtarışda olduğunu da vurğulayıb.

 

Saakaşvili yaxınlarda bəyan edib ki, oktyabrın 8-də keçiriləcək parlament seçkilərində televiziyada exit-pollun nəticələri açıqlanan kimi Gürcüstana gələcək.

 

Gürcüstanın sabiq prezidenti dörd maddə üzrə təqsirkar bilinir.

 

Modern.az 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır