Modern.az

Mübariz Qurbanlı: "Belə məsələlərdən şou düzəltmək istəyənlər var"

Mübariz Qurbanlı: "Belə məsələlərdən şou düzəltmək istəyənlər var"

Parlament

22 Fevral 2011, 12:29

Milli Məclisin YAP-çı deputatı Mübariz Qurbanlı son günlər ərəb ölkələrində baş verən hadisələrə münasibət bildirib.
Modern.az xəbər verir ki, jurnalistlərə açıqlamasında M.Qurbanlı deyib ki, hər bir ərəb ölkəsinin özünün ayrı-ayrı xüsusiyyətləri var, onların hamısını bir hadisə kimi eyniləşdirmək olmaz. O qeyd edib ki, həmin hadisələrdə xarici amillərin olması faktoru da istisna deyil, amma mütəxəssislər bunu hələ konkret fakt kimi ortaya qoya bilmirlər.
ABŞ-ın məsələdə böyük rol oynadığına gəlincə M.Qurbanlı deyib ki, ola bilsin ki, bu da var. “Zaman-zaman ABŞ-ın Ortadoğu projesi ilə bağlı fikirlər səsləndirilir, amma sırf bunu Amerikanın adı ilə bağlamaqla Amerikanı dünyada yeganə bir lider olduğunu demiş oluruq. Bu da mümkün deyil. Çünki dünyanın başqa gücləri də var”.
M.Qurbanlı ərəb dünyasındakı dəyişikliklərin Azərbaycana da təsir edəcəyi barədə deyilənlərə münasibət bildirib. Deyib ki, Azərbaycan və Türkiyəyə bu məsələlər ümumiyyətlə təsir göstərə bilməz, çünki Azərbaycanla Türkiyə demokratik bir dövlətdir.
“Burda demokratik təsisatlar təmin olunub. Ona görə də bu məsələlərin Azərbaycan və Türkiyədə təsir yaratması mümkün deyil, sadəcə bəzi “qüvvələr” belə fikirlər səsləndirirlər. Ola bilər, bu onların arzusudur”.

Mübariz Qurbanlı Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin ərəb dünyasında baş verən hadisələrdən sonra gücləndirildiyini deyənləri də təkzib edib: “Xeyr, bunu belə qiymətləndirmək olmaz. Hər zaman Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılıb və sadəcə, bunu kimsə görmək istəyir, kimsə görmək istəmir, kimsə də bundan şou düzəltmək istəyir. İqtisadiyyatın inkişafı üçün bu addımlar xüsusilə vacibdir. Ona görə hesab edirəm ki, bu məsələlərdən şou düzəltmək, yaxud bunun əleyhinə getmək düzgün hal deyil”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır