Modern.az

Vətənpərvərlik tədbirlərinin aktiv gəncləri mükafatlandırıldılar

Vətənpərvərlik tədbirlərinin aktiv gəncləri mükafatlandırıldılar

Hadisə

28 Noyabr 2016, 12:54

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə həyata keçirdiyi layihəni yekunlaşdırıb.

“Gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi” adlı layihə çərçivəsində sonuncu tədbir noyabrın 25-də baş tutub. Biləsuvar rayonu ərazisindəki 2 saylı Cəbrayıl qəsəbəsində təşkil olunan tədbirdə gənclər, orta məktəblərin yeniyetmə şagird və müəllimləri, İcra Hakimiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər.

Layihə rəhbəri Əfqan Qafarov qeyd edib ki, “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin bu təşəbbüsü köçkün qəsəbələrində yaşayan gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək məqsədi daşıyıb, onlar arasında Azərbaycançılıq ideologiyası ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmağa yönəlib.

Layihənin eksperti Seymur Verdizadə 2016-cı ilin 2-5 aprel aralığında Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin, qəhrəmanlıq göstərən döyüşçülərimizin Azərbaycan gəncləri üçün vətənpərvərlik nümunələri olduğunu vurğulayıb. O, yeniyetmə və gəncləri dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağa çağırıb.

Cəbrayıl rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəridə İbayeva, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, orta məktəb müəllimləri, Sədaqət Ağayev, Vəli Cəlilov layihənin əhəmiyyətindən danışıb, onun gələcəkdə davam etdirilməsinin zəruriliyi qeyd ediblər.

Tədbirin sonunda “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi adından layihə çərçivəsində keçirilmiş əvvəlki tədbirlərin aktiv iştirakçılarına diplom və hədiyyələr təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir