Modern.az

Bakıda iki maşın toqquşdu - Yaralı var

Bakıda iki maşın toqquşdu - Yaralı var

Hadisə

25 Aprel 2024, 11:44

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

 

Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan “Honda” markalı maşın toqquşub.

 

Nəticədə “Chevrolet” markalı minik avtomobili yolun əks istiqamətinə düşüb.

 

Hadisədə bir nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.

 

Hadisənin təfərrüatı araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok