Modern.az

“Ford Mustang”la avtoxuliqanlıq edən sürücü SAXLANILDI

“Ford Mustang”la avtoxuliqanlıq edən sürücü SAXLANILDI

Hadisə

25 Aprel 2024, 17:54

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə DYP-dən məlumat verilib.

 

Məlumata görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü A.Cəfərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok