Modern.az

Zaqatalada fərdi yaşayış evi yanıb

Zaqatalada fərdi yaşayış evi yanıb

Aktual

4 Dekabr 2016, 14:00

Zaqatalada fərdi yaşayış evində yanğın olub.


Modern.az-ın APA-ya istinadən məlumatına görə, bu gün saat 12.00 radələrində rayonun Car kəndində, kənd sakini Abubəkir Ömər oğlu Ömərova məxsus, ümumi sahəsi 120 kv/m olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı evi dam örtüyü yanaraq yararsız hala düşüb, yanğının ikinci və birinci mərtəbədə olan otaqlara keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır