Modern.az

İtaliyanın baş naziri istefa verir

İtaliyanın baş naziri istefa verir

Aktual

5 Dekabr 2016, 11:07

İtaliyanın baş naziri Matteo Rentzi istefa verəcəyini açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rentzi ölkədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referenduma “yox” deyənlərin qalib gəlməsinə görə bu addımı atır.

 

Rentzi öz təşəbbüsü ilə irəli sürdüyü konstitusiya layihəsinin iflasından sonra istefa ərizəsini prezidentə təqdim edəcəyini açıqlayıb.

Konstitusiya dəyişiklikləri ölkədəki 2 palatalı sistemin ləğvini və parlamentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tuturdu.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır