Modern.az

Beynalxalq Muğam Mərkəzində ETNO konsertlər ənənəyə çevrilib

Beynalxalq Muğam Mərkəzində ETNO konsertlər ənənəyə çevrilib

Aktual

5 Dekabr 2016, 15:00

Beynəlxalq Muğam Mərkəzində xariçi ölkə musiqiçiləri ilə Azərbaycan musiqiçiləri arasında xalq musiqilərinin sintezi əsasında konsertlərin təşkili bir ənənəyə çevrilib. 2015-ci illin noyabrndan başlayaraq Yunanıstan, İtaliya, İspaniya, İsrail musiqiçiləri ilə Azərbaycanın tanınmış muğam ifaçıları arasında bu istiqamətdə keçirilən birgə konsertlər həm Azərbaycan, həm də xarici ölkə vətəndaşlarının böyük marağına səbəb olub.


Modern.az xəbər verir ki, 2016-cı il dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzində İsrail musiqiçiləri və Azərbaycan muğam ustaları arasında keçirilən etno konserti bu yeni musiqi layihəsinin davamı kimi qiymətləndirmək olar.

Gecəni İsrailin Azərbaycandakı fövqəladə və səlayihətli səfiri Dan Stav açaraq qonaqları salamlayıb. Səfir belə layihələrin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində ən yaxşı vasitə olduğunu, musiqinin sərhəd tanımadığını, onun tərcüməyə ehtiyacı olmadığını və xalqlar arasında inam və etibarın möhkəmləndirilməsi istiqamətində ən yaxşı komunikativ vasitə olduğunu qeyd edib. Konsertdə İsrail musiqiçiləri Şem Tov Levi (piano, fleyta), Gadi Ben Alisha (gitar), azərbaycan musiqiçiləri əməkdar artist Sahib Paşazadə (tar),əməkdar artist Toğrul Əsədullayev (kamança), Soltan Əliyev (nağara), Hüseyn Məlikov (xanəndə) çıxış ediblər.

Azərbaycan xalq və bəstəkar mahnıları, muğamlardan parçalar, İsrail etno və caz musiqilərinin sintezindən ibarət konsert dəfələrlə tamaşaçılar tərəfindən alqışlanıb.

Tədbirdə eyni zamanda Fransa ,Yunanstan,Litva,Polşa və İsrail səfirliklərinin nümayəndələri və musiqisevərlər iştirak ediblər.

Növbəti layihə Portuqaliya və Azərbaycan etno musiqi konsertindən ibarətdir ki, bu konsert dekabrin 16 - da baş tutacaq.


G.Kazımlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır