Modern.az

İslam Kərimovun varisi rəsmən prezident oldu

İslam Kərimovun varisi rəsmən prezident oldu

Aktual

5 Dekabr 2016, 15:27

Özbəkistanda keçirilən prezident seçkisində Şövkət Mirzəyev qalib gəlib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu ölkə Mərkəzi Seçki Komissiyasının sədri bildirib.

 

Məlumatda deyilir ki, Şövkət Mirzəyev 88,61 faiz səs toplayıb. 

 

Xatırladaq ki, Ş.Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası, parlamentin Aşağı Palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.

 

Xatırladaq ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində vəfat edib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirzəyev yerinə yetirir.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır