Modern.az

"Başqa məqsədlərlə din xadimliyi edənləri Allah cəzalandıracaq"  

"Başqa məqsədlərlə din xadimliyi edənləri Allah cəzalandıracaq"   

Aktual

5 Dekabr 2016, 16:12

“Din xadimi o şəxs sayılır ki, o, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının imtahanından keçərək müvafiq titul və xüsusi vəsiqə alır. Azərbaycanda belə vəsiqə alan din xadimlərinin sayı 600-dən yuxarı deyil”.

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fitnə” filminin nümayişi zamanı tələbələrdən birinin sualını cavablandırarkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

O tələbənin “bəzi mollalar səhər hüzr yerinə gedir, axşam isə spirtli içki içir, bu, nə qədər düzgündür?” sualına cavabında həmin şəxslərə komitə tərəfindən cəza nəzərdə tutulmadığını deyib. 

 

“Hər başına papaq qoyan və əlində “Quran” tutan adam din xadimi deyil”-deyə komitə sədri bildirib.

 

Mübariz Qurbanlı əlavə edib ki, başqa şəxsi məqsədlərlə din xadimliyi edənləri Allah cəzalandıracaq:

“Rayonlarda dini ayinləri oxuyanların bəziləri inanmıram ki, rəsmi təyinatlı imam və ya axunddurlar.

Eyni zamanda, din xadimlərinin ayrıca paltarları da olur. Əgər kimsə başqa məqsədlər üçün bu sahə ilə məşğuldursa, onun cəzası Allah qarşısında olacaq”.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır