Modern.az

"Qarabağ" və "Qəbələ"nin oyunlarına təyinatlar olub

"Qarabağ" və "Qəbələ"nin oyunlarına təyinatlar olub

Aktual

5 Dekabr 2016, 16:38

Azərbaycanın "Qarabağ" və "Qəbələ" futbol klublarının  Avropa Liqasının qrup mərhələsindəki son tur oyunlarına bütün təyinatlar açıqlanıb.

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi “Qarabağ” qrupdakı son oyununu dekabrın 8- i doğma arenada , “Qəbələ” isə səfərdə keçirəcək.

 

Avropa Liqası, qrup mərhələsi, VI tur

8 dekabr, 20:00. "Qarabağ" (Azərbaycan) - "Fiorentina" (İtaliya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Oyunu xorvatiyalı hakimlər briqadası idarə edəcək:

Baş hakim: İvan Bebek

Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrgiç

Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo

Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)

Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

UEFA nümayəndəsi: Mixael Zoratti (Avstriya)

 

8 dekabr, 22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan)

Maynts. "Maynts Arena"

Oyunu uelsli hakimklər briqadası idarə edəcək.

Baş hakim: Saymon Li Evans

Yan xətt hakimləri: Qaret Vin Cons, Lüiss Ross Edvards

Əlavə köməkçi hakimlər: Nik Prett, Brin Marxam-Cons

Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)

Hakim-inspektor: Are Habiçt (Estoniya)

UEFA nümayəndəsi: İmon Nafton (İrlandiya)

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır