Modern.az

Maliyyə xidmətlərinin inkişafı real sektorun dayanıqlılığını təmin edəcək

Maliyyə xidmətlərinin inkişafı real sektorun dayanıqlılığını təmin edəcək

Aktual

18 Yanvar 2017, 14:39

UNEC-də Maliyyə və Mühasibat fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol xəritəsi” mövzusunda seminar keçirilib.

Seminarda fakültə nəzdində fəaliyyət göstərən kafedralarının professor- müəllim heyəti iştirak edib.

Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev bildirib ki, respublikada mövcud olan böhranlı vəziyyətə baxmayaraq, ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində 2016-cı il səmərəli islahatlar ili olub. Maliyyə resurslarının səmərəli realizə olunması hökümətin qarşısında duran vəzifələri uğurla həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşmasına əsaslı imkan yaradıb. Məhz bu amillərdən asılı olaraq, 2016-cı ildə ölkə iqtisadiyyatında müsbət meyllər yaranıb və davam etməkdədir.

 

İştirakçılar “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol xəritəsi”nin əhəmiyyətindən danışıblar. Qlobal maliyyə böhranının yeni mərhələyə qədəm qoyduğu bir dövrdə qarşıda duran vəzifələrə toxunaraq, böhrandan çıxış yollarının müəyyənləşməsində və onun reallaşdırılmasında Strateji Yol xəritəsinin konkret istiqamətverici sənəd olduğunu vurğulayıblar.

 

Sonda G.Musayev bildirib ki, seminarda səsləndirilən fikirlər gələcəkdə tədris prosesində maliyyə və mühasibat ixtisası üzrə təhsil alan tələbələrin hazırlığında əsas istiqamətlərdən biri kimi istifadə olunacaq. Dekan əlavə olaraq qeyd edib ki, Strateji Yol xəritəsinin ayrı-ayrı bölmələrinin öyrənilməsi, seminarda müzakirəsi və təhlili fakültədə davam etdiriləcək. Eyni zamanda tədris prosesində əsas fəaliyyət istiqaməti kimi tətbiq olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır