Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

Aktual

27 Yanvar 2017, 12:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin Modern.az-a verdiyi məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında  hava şəraitininarabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 0-dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 5-10,  gündüz 0-5 dərəcə şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji xəbərdarlıq

Yanvarın 28-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu əksər insanlar üçün çox əlverişsizdir.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır