Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

4 Fevral 2017, 12:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.
Əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2° isti, gündüz 5-9° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır