Modern.az

Sərnişin avtobusun qapısını açıb yolun ortasında düşdü - VİDEO  

Sərnişin avtobusun qapısını açıb yolun ortasında düşdü - VİDEO   

Aktual

4 May 2017, 15:11

Aprelin 28 səhər saatlarında şəhərin mərkəzi küçələrinin birində “BakuBus”avtobusundan istifadə edən sərnişin özü və digər hərəkət iştirakçıları üçün çətin anlar yaşadıb.


Təqdim olunan videogörüntüdə cavan oğlan digər nəqliyyat vasitələri kimi avtobusun da svetaforda saxlamasını qəbul etməyərək qapını açamağa çalışır. O, ancaq fövqəladə hallarda sərnişinlərin təxliyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə edərək avtobusun qapısını açıb yolun ortasında düşür. Bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin öz həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə atobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yartmış olur . Təssüf ki, onun bu hərəkətərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər.

 

“BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev hadisə ilə bağlı Modern.az-a bildirib ki, bir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri təhlükəsizlik qaydalarına əməl etməyə və öz həyatları ilə yanaşı yol hərəkətinin digər iştirakçıları üçün təhlükə yaratmamağa çağırırıq. “Sərnişinlərimizdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xaiş edirik.”

 

M. Piriyev onu da qeyd edib ki, “Nəqliyyat sahəsində kefiyyətli xidməti şərtləndirən əsas amil təhlükəsizlik və sərnişinlərin mənzil başına sağ-salamaq çatdırılmasıdır.Təbii ki, xidmətin təhlükəsiz həyata keçirilməsi üçün sərnişinlərin də qaydalara əməl etmələri vacibdir.”

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır