Modern.az

“ASAN xidmət”də 15 milyonuncu müraciət nikah oldu

“ASAN xidmət”də 15 milyonuncu müraciət nikah oldu

Aktual

4 May 2017, 15:17

Nikaha daxil olmaq istəyən Dorojkin Pyotr və Hacıyeva Mədinənin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 15 000 000-cu müraciət kimi qeydə alınıb.

Modern.az xəbər verir ki, Pyotr və Mədinə cütlüyü Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətinə müraciət edib.

15 milyonuncu vətəndaş müraciətinin sahibləri təntənəli nikah mərasimindən sonra “ASAN xidmət” tərəfindən təşəkkürnamə və Respublika Müalicəvi Diaqnostika Mərkəzi(RMDM) tərəfindən ödənişsiz “Check-up” müayinəsi və hədiyyələrlə  mükafatlandırılıb.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır