Modern.az

UNEC-də Ulu Öndərə həsr edilən idman yarışları başa çatıb

UNEC-də Ulu Öndərə həsr edilən idman yarışları başa çatıb

Aktual

8 May 2017, 16:57

UNEC-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən idman yarışları başa çatıb. Mart ayından start götürən yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğidir.

 

Modern.az xəbər verir ki, fakültələr arasında keçirilən yarışlarda UNEC tələbələri badminton, voleybol, basketbol, stolüstü tennis, mini futbol, şahmat və dama idman növləri üzrə bacarıqlarını sınayıblar.

Badminton, mini futbol, stolüstü tennis və şahmat yarışlarında Rus İqtisadiyyat Məktəbinin tələbələri fərqlənərək, I yerə yüksəliblər. Basketbol və dama yarışlarında isə Maliyyə və mühasibat fakültəsinin tələbələri qalib gəliblər. Voleybol yarışlarının qalibi isə İqtisadiyyat fakültəsinin tələbələri olub.

Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

 

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır