Modern.az

İslam Oyunlarına gecikən Fələstin komandasının oyunlarının vaxtı dəqiqləşib  

İslam Oyunlarına gecikən Fələstin komandasının oyunlarının vaxtı dəqiqləşib   

Aktual

14 May 2017, 16:21

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunan kişi voleybolçuların turnirinin təqvimi dəyişdirilib.

 

Modern.az-ın Apasport.az-a saytının məlumatına görə, buna səbəb Fələstin yığmasının ölkəmizə gecikmə ilə gəlməsi olub.

 

İlk oyununa gecikən fələstinlilərin baş tutmayan ilk matçının yeni vaxtı təyin edilib. Türkmənistan – Fələstin qarşılaşması mayın 15-də saat 12:30-da başlayacaq. Mayın 17-də keçirilməli olan Fələstin – Pakistan görüşünün isə başlama vaxtı dəyişib. Oyun saat 10:00-da deyil, 14:30-da başlayacaq.

 

Oyunlarla bağlı qərar verən təşkilatçılar bilet alan azarkeşləri də nəzərə alıb. Fələstin – Pakistan qarşılaşmasının saatı dəyişsə də, satılan biletlər qüvvədə qalacaq. Baş tutmayan Türkmənistan – Fələstin matçına alınan biletlər isə dəyişdirilməlidir. Tamaşaçılar ayın 13-də baş tutmalı olan matçın biletini kassalarda dəyişdirə bilər. Həmçinin biletləri geri qaytarmaq istəyində olanların arzusu da nəzərə alınacaq.

 

Qeyd edək ki,  A qrupunda mübarizə aparacaq Fələstin yığmasının Azərbaycanla mayın 16-da, Türkiyə ilə isə 19-da baş tutmalı olan qarşılaşmalarının vaxtı dəyişməz qalıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır