Modern.az

Azərbaycan və Çin arasında  Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Çin arasında  Anlaşma Memorandumu imzalanıb

14 May 2017, 21:00

Bu gün Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər - bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum öz işinə başlayıb. Modern.az “Report” istinadən  xəbər verir ki, forum çərçivəsində Azərbaycan və Çin arasında "SOCAR GPC" layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Çin Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imza atıb.

Qeyd edək ki, tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü