Modern.az

Ordumuzun 100 illliyi ilə bağlı yubiley medalı hazırlanacaq

Ordumuzun 100 illliyi ilə bağlı yubiley medalı hazırlanacaq

Aktual

23 İyun 2017, 10:00

İyunun 30-da Milli Məclisin növbədənlənar iclası keçiriləcək.

Parlamentdən Modern.az-a verilən məlumata görə, iclasda Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar “1918-2018 Azərbaycan Respublikasının yubiley medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik ediləcək.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci 26 iyun tarixli qərarı ilə ilk ordu hissəmiz - 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb.
Gələn il Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd olunacaq.


Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır