Modern.az

Azərbaycan Şahmat Federasiyasından Şəhriyar Məmmədyarovla bağlı AÇIQLAMA: “Yanlış xəbərdir”

Azərbaycan Şahmat Federasiyasından Şəhriyar Məmmədyarovla bağlı AÇIQLAMA: “Yanlış xəbərdir”

Aktual

2 Noyabr 2017, 14:41

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmar Federasiyasının (FİDE) cari reytinqində ikinci yerə yüksəldiyi barədə xəbərlər yayılıb. Bəzi KİV-lər və sosial şəbəkələrdə tirajlanan xəbərlərədə iddia edilir ki, Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra Ş.Məmmədyarov xallarının sayını 2801,5 çatdıraraq FİDE-nin reytinqində erməni Levon Aronyan (2799,9) və amerikalı Fabiano Karuananı (2799) qabaqlayıb .


Lakin Azərbaycan Şahmat Federasiyası Şəhriyar Məmmədyarovun FİDE reytinqində ikinci yerə qalxması haqqında xəbərin həqiqətə uyğun olmadığını bildirib.

Federasiyadan Modern.az-a verilən məlumata görə, bu haqda səsləndirilən fikirlər yanlışdır:


“Bildiyiniz kimi, Beynəlxalq Şahmat Federasiyası şahmatçılarla bağlı mütəmadi olaraq reytinq cədvəli açıqlayır. Şəhriyar Məmmədyarov da üç-dörd ay bundan qabaq reytinq cədvəlinə görə, dünyada 2800 xalı keçən 5-ci şahmatçı olub. Lakin reytinq cədvəli həm də yenilənir. Bu baxımdan Şəhriyarın adı ikinci yerə qalxsa da, cədvəl yeniləndiyi üçün sıralamada aşağı yerlərə də düşə bilər. Bu il yanvar ayından sentyabra kimi reytinq hesablamasında dünyada iki nəfərin xalı 2800 reytinqində qalıb. Onlardan biri də Şəhriyardır. Bu baxımdan şahmatçımız ikincidir”.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü