Modern.az

Eldar Quliyev: “Ərzaq təhlükəsizliyinin təmin olunmasına ciddi ehtiyac var”  

Eldar Quliyev: “Ərzaq təhlükəsizliyinin təmin olunmasına ciddi ehtiyac var”    

Aktual

14 Noyabr 2017, 16:35

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Agentlik 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayacaq.

Agentlik Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.

Yeni qaydalara əsasən, Azərbaycanda istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarının, habelə onların qablaşdırma materialları dövlət qeydiyyatına alınacaq və reyestri aparılacaq. Reyestrdə olmayan qida məhsulları təhlükəli hesab ediləcək və istehsalçısına qarşı tədbirlər görüləcək. Agentliyə gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək səlahiyyəti də verilib. 

 

Yeni yaradılan qurumun qanunla müəyyən edilmiş hallarda və qaydada məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində yoxlamalar aparmaq, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək), qanun pozuntularının aradan qaldırılması ilə bağlı verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət etmək vəzifəsi də var.

Milli Məclisin Aqrar siyasət komitəsinin sərd müavini Eldar Quliyev Modern.az-a deyib ki, bütün dünya ölkələrində, eləcə də Azərbaycanda ərzaq təhlükəsizliyi probleminin həlli mühüm məsələlərdəndir:

“Ərzaq Təhlükəsizliyi Agentliyinin yaradılması cənab prezident tərəfindən bu istiqamətdə atılan ən vacib addımdır. Bu gün həqiqətən də ərzaq təhlükəsizliyinin təmin olunmasına ciddi ehtiyac var. Qida təhlükəsizliyimiz təminat altında olmalıdır. Bunun üçün həm də bazara daxil olan mənşəyi bilinməyən məhsulların qarşısının alınmalıdır”.

E.Quliyev son illərdə kənd təsərrüfatı sahəsində nəzərəçarpacaq inkişafın olduğunu vurğulayıb:

“Prezident İlham Əliyev deyib ki, “biz vətəndaşımızı yerli istehsalla tam təmin etməliyik”. Xüsusilə son illər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi üçün qanunlar qəbul edilib, fermerlərin normal fəaliyyəti üçün subsidiyalar ayrılıb, emal üçün sənaye müəssisələri yaradılıb. Bunların hamısı perspektivli addımlardır, eyni zamanda, qida təhlükəsizliyi və vətəndaşların sağlamlığı üçün önəmli amillərdir”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır