Modern.az

Əvəz Ələkbərova “Avropanın əməkdar elm xadimi” adı verilib

Əvəz Ələkbərova “Avropanın əməkdar elm xadimi” adı verilib

7 Mart 2018, 14:00

Sabiq Maliyyə Naziri Əvəz Əlkəbərova elm xadimi adı verilib.

 

Modern.az xəbər verir ki, Avropa biliklər Cəmiyyəti, Avropa  Təbii Elmlər Akademiyası və Beynəlxalq Ziyalılar Birliyinin Rəyasət heyətinin 21 fevral 2018-ci il U/026 saylı qərarı ilə Professor Əvəz Əkbər oğlu Ələkbərov Hannover şəhərində göstərdiyi elmi fəaliyyətinə görə “Avropanın əməkdar elm xadimi”  adına layiq görülüb.

 

Ən yüksək ada layiq görülən şəxs Avropa Şurası elminin, incəsənətinin, mədəniyyətinin və sosial fəaliyyətinin ən dəyərli müasir xeyriyyəçisi kimi tanınır.

 

Xatırladaq ki, Əvəz Ələkbərov ölkəmizin 1999-2006-cı illərdə Maliyyə Naziri olub. İndi Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, “Professorlar klubu” Rəyasət Heyətinin sədridir, Respublikamızın “Əməkdar müəllimi”dir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir